Ronaldu karyerasında ilk dəfə Çempionlar Liqası matçında meydandan qovulub

Sayta qoyulub: 07:35 20.09.2018 (146 dəfə oxunub)

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Valensiya"ya qarşı keçirilən oyunda meydandan qovulub.

Görüşün baş hakimi Feliks Brix köməkçisinin söylədiklərindən sonra 29-cu dəqiqədə portuqaliyalıya birbaşa qırmızı vərəqə göstərib. Ronaldu ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo ilə toqquşmadan sonra əli ilə rəqibin başına toxunub. Matçın baş hakimi onun bu davranışını idmana yaraşmayan hərəkət kimi qiymətləndirib. Futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Hadisə hesab 0-0 olarkən baş verib.

"Gracenote Live" nəşrinin yazdığına görə, bu, Ronaldunun karyerasında 11-ci, Çempionlar Liqasında isə birinci qırmızı vərəqədir.

XƏBƏR LENTİ