Alleqri: "VAR hakimə Ronaldu ilə bağlı epizodda kömək etmiş olardı"

Sayta qoyulub: 07:33 20.09.2018 (106 dəfə oxunub)

İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ilk mərhələsini birinci turunda "Valensiya" üzərində qələbəni (2:0) şərh edib.

Baş məşqçi Ronaldunun meydandan çıxarılmasından sonra da, xeyli qol şanslarının olduğu bildirib.

"Komanda yaxşı çalışdı, bizim Ronadunun gedişindən sonra da qol vurmaq üçün yaxşı şanslarımız oldu. Biz təşəbbüsü layiqli şəkildə öz üzərimizə götürdük. Qırmızı vərəqə sadəcə gərginliyi artırdı. "Valensiya" aqressiv oyun sərgiləyirdi, lakin "Yuventus"un müdafiəçiləri ispanların hücum axınının qarşısını çox yaxşı alırdı.

Ronaldunun qovulması? Onu deyə bilərəm ki, VAR sistemi hakimə həmin epizodda kömək etmiş olardı. Çempionlar Liqasının birinci turunda komandanı azlıqda qoymaq – bu hərəkətlər məndə təəccüb doğurur. Biz bu səbəbdən bu gün uduza bilərdik", - deyə Alleqri bildirib.

 

 

Alleqri: "VAR hakimə Ronaldu ilə bağlı epizodda kömək etmiş olardı"

 

"Report" 

XƏBƏR LENTİ