"Sportinq"də daha bir itki

Sayta qoyulub: 19:01 19.09.2018 (115 dəfə oxunub)

"Sportinq"də daha bir itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubu daha bir itkiylə üzləşib.

Komandanın müdafiəçisi Markus Vendel sıradan çıxıb. 21 yaşlı futbolçu zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.

Vendellə yanaşı, hollandiyalı forvard Bas Dost da Ağdam klubuna qarşı zədə səbəbindən oynamayacaq. Komanda ilə məşqlərə başlayan Luiş Naninin isə sözügedən qarşılaşmada oynayıb-oynamaycağı bəlli deyil.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

XƏBƏR LENTİ