"Qəbələ" rəhbərliyi Sənan Qurbanova vaxt verdi

Sayta qoyulub: 10:04 19.09.2018 (181 dəfə oxunub)

 

"Qəbələ" rəhbərliyi Sənan Qurbanova vaxt verdi

Evdə 10 nəfərə qalan "Sumqayıt"la heç-heçə edən "Qəbələ" son turda səfərdə debütant "Sabah"a da uduzdu. Azarkeşlərin nəticələrdən narazılığı haqda yazmışdı. Əldə etdiyimiz son məlumata görə, rəhbərlik də artıq qəti addımlar atmağı düşünür. Baş məşqçi Sənan Qurbanova daha iki oyun şans veriləcək. Əgər komanda növbəti iki turda da məğlub olsa, Qurbanov baş məşqçi postu ilə vidalaşacaq. Qeyd edək ki, "Qəbələ" V turda səfərdə "Qarabağ"la, VI turda isə evdə "Keşlə" ilə qarşılaşacaq.

XƏBƏR LENTİ