"Qarabağ"ın məşqinin vaxtı açıqlandı

Sayta qoyulub: 14:08 18.09.2018 (132 dəfə oxunub)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Sportinq" klubu ilə oyun öncəsi Portuqaliyadakı son məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. Sabah  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 21:30) media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:00-da (Bakı vaxtı ilə 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏR LENTİ