AFFA "Zirə"yə texniki məğlubiyyət verdi

Sayta qoyulub: 12:43 18.09.2018 (112 dəfə oxunub)

AFFA İntizam Komitəsi Topaz Premyer Liqaı təmsilçisi "Zirə"yə texniki məğlubiyyət verib. PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna 4-cü turda "Səbail"ə qarşı matçda komandanın yaş limitini pozması səbəb olub. Klub sözügedən görüşdə, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil etməyib. Buna görə oyunun nəticəsi ləğv edilib, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Qeyd edək ki, "Səbail" - "Zirə" görüşü 1:1 hesabı ilə başa çatmışdı.

XƏBƏR LENTİ