Dünya çempionatının təqvimi dəqiqləşdi

Sayta qoyulub: 13:46 17.09.2018 (170 dəfə oxunub)

Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib. Nüfuzlu yarışın püşkü sentyabrın 19-da "Hilton Hotel”də atılacaq. Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq. Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00 start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.
 

XƏBƏR LENTİ