"Beşiktaş"ın futbolçusuna ərəb klubundan sərfəli təklif

Sayta qoyulub: 11:46 14.09.2018 (164 dəfə oxunub)

 

"Beşiktaş"ın futbolçusuna ərəb klubundan sərfəli təklif
Alvaro Neqredo tezliklə “Beşiktaş”dan ayrıla bilər. İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli forvard Birləşmiş Ərəb Əmirliklərindən sərfəli təklif alıb. Bu ölkənin “Əl-Nəsr” klubu ispan futbolçunun xidmətində maraqlıdır. BƏƏ klubu Neqredoya illik 7 milyon avro maaş təklif edir. Bu isə futbolçunun “Beşiktaş”dakı qazancından 2 dəfə çoxdur. 

 

XƏBƏR LENTİ