"Sportinq"in əsas oyunçuları "Qarabağ"la oyunu buraxa bilər

Sayta qoyulub: 11:22 14.09.2018 (237 dəfə oxunub)

"Sportinq"in əsas oyunçuları "Qarabağ"la oyunu buraxa bilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq"in heyətində ciddi itkilər var. Portuqaliyalı yarımmüdafiəçi Luiş Nani və hollandiyalı hücumçu Bas Dost "Qarabağ"la oyunu buraxa bilərlər.  Hər iki futbolçu zədədən əziyyət çəkir. Adları çəkilən futbolçular sentyabrın 16-da çempionatda "Maritimu" ilə oyunu buraxacaqlar.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də keçiriləcək.

XƏBƏR LENTİ