Bukmekerlər Ronaldo və Modriçin şanslarını bərabər sayır

Sayta qoyulub: 15:12 13.09.2018 (111 dəfə oxunub)

Bukmeker şirkətləri Qızıl topa layiq görüləcək futbolçuların ehtimal əmsallarını dərc edib.

 

Kriştiano Ronaldo favorit olmaqda qalmaqdadır. Onun qələbəsinə 1,66 verilir. Luka Modriçin may ayı ilə müqayisədə şansı xeyli artıb. Yaya qədər ilk 5-likdə olmayan xorvat yarımmüdafiəçinin qələbəsi 1,74 qiymətləndirilir.

 

Digər futbolçuların isə qazanma şansı xeyli azdır: Antuan Qrizman 10,5, Mbappe — 11,5, Messi və Salah — hərəyə 23,00

XƏBƏR LENTİ