İtaliya A Seriyasında çıxış edən klubun 3 xalı silinib

Sayta qoyulub: 14:33 13.09.2018 (109 dəfə oxunub)

 İtaliya A Seriyasında mübarizə aparan “Kyevo”nun aktivindən 3 xal silinib və klub 200 min avro məbləğində cərimələnib.

 İtaliya klubu maliyyə fırıldaqçılığına görə cəzalanıb.

Daha əvvəl İtaliya Futbol Federasiyası “Kyevo”nun prezidenti Luka Kampidellini futboldan 3 illik uzaqlaşdırmışdı.

Qeyd edək ki, cərimə tətbiq olunduqdan sonra “Kyevo” komandası A Seriyasında -2 xal ilə sonuncu pillədə qərarlaşacaq.

 

 

İtaliya A Seriyasında çıxış edən klubun 3 xalı silinib

 

 

“Report”

XƏBƏR LENTİ