"Karyeramı "Barselona"da bitirəcəm" - Qvardiola

Sayta qoyulub: 07:48 13.09.2018 (158 dəfə oxunub)

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı danışıb.


47 yaşlı mütəxəssis “Mundo Deportivo”ya açıqlamasında son dayanacağının "Barselona" olacağını deyib:


"Karyerama başladığım yerdə son qoyacam. Karyeramın son illərini "Barselona"da keçirmək istəyirəm".


Qeyd edək ki, ispaniyalı mütəxəssis Kataloniya klubunun yetirməsi hesab olunur. O, 1990-2001-ci illərdə “Barselona”da oynayıb. Məşqçilik karyerasına isə klubun B komandasında başlayıb. 2008-2012-ci illərdə isə Qvardiola "Barselona"nın əsas komandasını çalışdırıb və bir çox uğurlara imza atıb. 

 

 

 

"Karyeramı "Barselona"da bitirəcəm" - Qvardiola

 

 

 

 

qol.az

XƏBƏR LENTİ