Ronaldonun ideal fiziki formasının sirri - həkimlər açıqladı

Sayta qoyulub: 07:37 13.09.2018 (163 dəfə oxunub)

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun ideal fiziki formaya sahib olmasının səbəbləri açıqlanıb.


Portuqaliyalı hücumçunun sağlamlığına nəzarət edən həkim Xuan Karlos Ernandes “La Gazetta Dello Sport”a müsahibəsində onun düzgün vərdişlərə əməl etdiyini bildirib:


“Ronaldonun uğuru üç amillə bağlıdır – düzgün məşq, düzgün qidalanma və düzgün istirahət. 

33 yaşlı futbolçunun digər həkimi Mika Kleqqa isə deyib: “Ronaldonu həmkarlarından fərqləndirən əsas cəhət onun işinə sədaqətli olmasıdrı. O, heç vaxt dayanmır". 


Qeyd edək ki, yay fasiləsində “Real”dan “Yuventus”a keçən Ronaldo A Seriyasında 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Ronaldonun ideal fiziki formasının sirri - həkimlər açıqladı

 

 

 

 

qol.az

 

XƏBƏR LENTİ