Terri fikrindən döndü və Rusiyaya gəlmədi

Sayta qoyulub: 07:28 13.09.2018 (89 dəfə oxunub)

"Çelsi"nin sabiq müdafiəçisi Con Terri "Spartak"a keçməkdən imtina edib.


Bu barədə 37 yaşlı oyunçu özünün "İnstaqram" hesabında yazıb: "Uzun müddət düşündükdən sonra "Spartak"ın təklifindən imtina etməyə qərar verdim. Amma bu fürsət üçün "Spartak"a təşəkkür edirəm. Bu mövsüm onlara və azarkeşlərə uğurlar arzulayıram".


Qeyd edək ki, Rusiya klubunda tibbi müayinədən keçən C.Terrinin 1+1 illik müqaviləyə imza atacağı gözlənilirdi.


Xatırladaq ki, son olaraq, “Aston Villa”nın formasını geyinən Terri hazırda azad agent statusu daşıyır. Onunla “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sportinq”in maraqlandığı iddia olunur.

 

 

Terri fikrindən döndü və Rusiyaya gəlmədi

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ