"Səbail"dən ayrılan futbolçu "Sumqayıt"da!

Sayta qoyulub: 13:44 12.09.2018 (146 dəfə oxunub)

"Səbail"dən ayrılan futbolçu "Sumqayıt"da!

 

"Səbail"dən ayrılan Orxan Əliyevin klubsuz günləri başa çatmaq üzrədir. 22 yaşlı vinqer "Sumqayıt"ın düşərgəsində məşqlərə çıxır. Onun klubla müqavilə imzalayıb-imzalamaması ilə bağlı qərar bu həftə veriləcək. Bu barədə klubun idman direktoru Zamiq Hüseynov söyləyib: "Orxanla bağlı qərar "Qarabağ"la matçdan sonra veriləcək. Hələ ki, klubumuzda məşqlər edir. Bəli, onunla müqavilə bağlamağımız mümkündür". Son olaraq, “Zirə”də oynamış Əliyev “Səbail”lə müqavilə bağlasa da, zədə səbəbindən sazişinə xitam verilmişdi. Qeyd edək ki, Orxan Əliyev  “Sumqayıt”, "Xəzər Lənkəran" və "Kəpəz"də də çıxış edib.

XƏBƏR LENTİ