"Keşlə"də yeni məşqçi

Sayta qoyulub: 13:38 12.09.2018 (128 dəfə oxunub)

 

"Keşlə"də yeni məşqçi

“Neftçi”nin sabiq məşqçisi Bəxtiyar Musayevin  yeni iş yeri müəyyənləşib.
“Keşlə” klubundan verilən məlumata görə, təcrübəli mütəxəssis bundan sonra paytaxt təmsilçisində çalışacaq. O, “Keşlə”də seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, vaxtı ilə “Xəzər Lənkəran” və “Neftçi”də məşqçi işləmiş  millimizin sabiq üzvü son olaraq birinci divizion təmsilçisi “Zaqatala”nın idman direktoru vəzifəsində çalışıb.

 

XƏBƏR LENTİ