UEFA-nın 40 nəfərlik nümayəndə heyəti Bakıya gəldi

Sayta qoyulub: 10:19 12.09.2018 (133 dəfə oxunub)

 

UEFA-nın 40 nəfərlik nümayəndə heyəti Bakıya gəldi

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.

AFFA-nın saytının yaydığı xəbərə görə, sentyabrın 14-dək davam edəcək səfər proqaramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik  və sair  məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək. 

 

XƏBƏR LENTİ