"Keşlə" PAOK-un futbolçusu ilə müqavilə bağladı

Sayta qoyulub: 09:04 12.09.2018 (153 dəfə oxunub)

"Keşlə" PAOK-un futbolçusu ilə müqavilə bağladı
 

"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi yunanıstanlı futbolçu Georgios Georgiadislə müqavilə imzalyıb. Yunanıstan millisinin hücumameyilli futbolçusu bir müddətdir ki, paytaxt təmsilçisinin düşərgəsində baxışda idi. Baş məşqçi Mladen Milinkoviç "Sabah"a qarşı yoxlama oyununda meydanda çıxan futbolçunun hazırlıq durumunu bəyənib.  30 yaşlı futbolçu ilə bu ilin sonuna qədər müqavilə imzalanıb.  Qeyd edək ki, Georgios karyerası ərzində "Panserraikos", PAOK, "Veria", "Ermis" və "Doxa Dramas" kimi klublarda forma geyinib. O, Yunanıstanın əsas milli komandasının heyətində 3 qarşılaşmada iştirak edib.  

XƏBƏR LENTİ