Modriç yanvarda "Real"dan "İnter"ə keçmək niyyətindədir

Sayta qoyulub: 07:39 12.09.2018 (153 dəfə oxunub)

Madrid "Real"ının xorvat yarımmüdafiəçisi Luka Modriç "qış transfer pəncərəsi"ndə Milanın "İnter" klubuna keçməyi planlaşdırır.

 33 yaşlı futbolçu mühiti dəyişmək və yayda "Real"ı "Yuventus"a dəyişən portuqaliyalı futbolçu Kriştianu Ronalduya qarşı oynamaq imkanı əldə etmək istəyir.

"İnter" "yay transfer pəncərəsi"ndə Modriçi əldə etmək istəsə də, xavbek sonra İspaniya klubunda qalıb. Bununla belə "İnter"in "Real" rəhbərlərinin xəbəri olmadan yarımmüdafiəçi ilə danışıqlar aparması onların xoşuna gəlməmişdi.

Modriçin "Real" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub və bura 700 milyon avro məbləğində dəbbə pulu da daxildir.

 

 

 

 

Modriç yanvarda "Real"dan "İnter"ə keçmək niyyətindədir

 

 

report

XƏBƏR LENTİ