Total defisit. Avropa transfer bazarını kim partladır

Sayta qoyulub: 20:58 11.09.2018 (427 dəfə oxunub)

Total defisit. Avropa transfer bazarını kim partladır

 

İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) 2010-2018-ci ilər aralığı üçün transfer bazarını nəzərdən keçirib. Məlumatlar əsasında beş ölkənin - İngiltərə, İspaniya, Fransa, Almaniya və İtaliya klublarının transferləri araşdırılıb.

 

Bu araşdırmada göstərilən rəqəmlər transfer məsrəfləri , bonuslar və icarə üçün ödənişləri əhatə edir.


Ən çox kim xərcləyir


2018-ci ildə bu ölkə çempionatı klublarının ümumi transfer məsrəfi 5,82 milyard avro təşkil edib. Bura həm qış , həm də yay transfer pəncərəsi daxildir. Bu 2017-ci ildən 2,4% azdır. Lakin 2016-cı illə müqayisədə 37,6% çoxdur (4,23).

 

2010

1,541

2011

2,339

2012

1,954

2013

2,751

2014

2,901

2015

3,870

2016

4,230

2017

5,960

2018

5,820 

   

 

Avropa futbolunun əsas pul xərcləyənləri İngiltərə klublaırıdır. İngilis klublarının transfer xərcləri ümumi transferlərin 37,4 %-ni təşkil edib. 2010-cu ildən bəri İngiltərə klubları A seriyası klbularından 1,6, La liqadan 2,1 , bundesliqadan 2,8 və Liqa 1-dən 3,1 dəfə artıq pul xərcləyib.

 

Liqa                

 2010-2018

  2018

İPL                

 37,4%

  36,5%

A seriyası

 21,5%

  20,6%

La liqa

 16,7%

  22,7%

Bundesliqa    

  

 12,7%

  10,3%

Liqa 1

 11,8%

  10% 

 

2018-ci ildə transfer məsrəfi yalnız İPL (+2,1 %) və La liqada (+80,4%) artıb. İspaniyadan axan pulun belə yüksəlişi bütün dünya boyunca TV hüquqlarının satışından gələn gəlirin düzgün bölgüsü və avrokuboklarda ispan klublarının uğurlarıdır.  

 

Ən çox pul xərcləyən klubların siyahısına Mançester Siti başçılıq edir. Onlar 2010-2018-ci illər ərzində transferlərə 1,47 milyard avro sərf ediblər. 2-ci yerdə Çelsi  – 1,31 milyard, 3-cüdə isə Barselona  – 1,25 milyard qərarlaşıb.

 

 

Mançester Siti

1,47

Çelsi

1,31

Barselona

1,258

PSG

1,248

Mançester Yunayted

1,101

Yuventus

1,085

Liverpul

1,072

Real

912

Roma

809

Atletiko

764

İnter

748

Monako

706

Milan

678

Arsenal

671

Everton

597

Tottenhem

589

Napoli

579

Valensiya

555

Bavariya

554

Borussiya

531

 

 

Barselona 2018-ci ildə ən çox pul xərcləyən klubdur. Onların cari ildə xəeclədiyi məbləğ 321 bmilyon avrodur. Liverpul 298, Yuventus isə 257 milyon xərcləyib. Monako və Borussiya bu il ərzində pul xərcləyənlərin 20-liyinə düşən yeganə Fransa və Almaniya klublarıdır.

 

 

Barselona

321

Liverpul

298

Yuventus

257

Atletiko

214

Çelsi

202

Monako

168

Real

167

Everton

186

MS

159

Valensiya

153

Arsenal

150

Roma

148

Fulhem

140

Lester

127

Vest Hem

117

Sauthempton

112

Borussiya

103

Brayton

103

Sevilya

101

Napoli

100

 

 

Ən çox qazananlar kimlərdir


TOP 5 ölkə klubları əsas alıcı olmaqla bərabər , həm də istedadları satandırlar. 2010-2018-ci illər aralığında futbolçu satışından əldə edilən məbləğin 66,6%-i onların payına düşür. 2018-ci ildə bu məbləğ  69,9%-ə çatıb.

 

Ən çox satan klubların reytinqində 1-ci yer Monakoya məxsusdur. Onlar son 8 il ərzində 1 milyard avro dəyərində futbolçu satıblar. Benfika və Porto siyahıya düşən qeyri böyük ölkə çempionatları klublarıdır.

 

 

Monako

950

Liverpul

683

Roma

680

Barelona

628

Real

625

Çelsi

624

Yuventus

620

Benfika

618

Borussiya

564

Valensiya

514

Porto

510

Sevilya

505

Tottenhem

486

Atletiko

449

MS

388

İnter

388

Sauthempton

371

Napoli

370

Udineze

367

Cenoa

358


 

Total defisit


Klubların transfer balansına nəzər saldıqda total defisitin olduğunu aşkar etmək mümkündür. Bu illər ərzində o, 7,29 milyard avro təşkil edib. Bunun da əsas səbəbkarı İPL-dir. Onun defisitdə payı 78,3 % təşkil edir.


 

 

2018

2010-2018

İPL

-1,131

-5,706

A seriyası

-288

-799

Bundesliqa

+24

-586

La liqa

-258

-398

Liqa 1

+333

+199

 

PSG-nin son 8 ildə böyük məsrəflərinə baxmayaraq (defisit 874 milyon avro təşkil edib), Fransa liqası yeganə müsbət balansa malik çempionatdır.


Trabsfer balansı profisit təşkil edən klubların reytinqinə Monako başçılıq edir. Son 8 ildə onların göstəricisi  +289 milyon təşkil edir. 2018-ci ildə bu göstərici +66 milyon avroya bərabər olub. İlk onluqda Fransanın 5, İtaliyanın 3, İspaniyanın isə 2 komandası yer alır. Maraqlıdır ki, siyahıda İngiltərə klubu yoxdur.

 

 

Klub

Məsrəf

Gəlir

Fərq

Monako

706

995

+289

Lill

182

348

+166

Udineze

248

413

+165

Cenoa

263

423

+160

Sevilya

414

558

+144

Lion

267

397

+130

Atletik

103

221

+118

Atalanta

185

276

+91

Monpelye

58

146

+88

Nitsa

94

180

+86


 

Mənfi balansa malik klubların reytinqində ilk sırada Mançester Sitidir (defisit – 1,03 milyard avro). 2-ci yerdə PSG ( – 874 milyon), 3-cü Mançester Yunayted ( – 772 milyon). İlk onluqda 5 İPL, 2 La liqa və İtaliya A seriyası klubu var.

 

Bu nə deməkdir


Nəticələr bundan xəbər verir: 5 əsas ökə çempionatı klbuları transfer və məvaciblərə külli miqdarda pullar xərcləyir. Bu bazarda əsas rol İngiltərənin üzərinə düşür: 2010-2018-ci illər ərzində İngiltərədən pullar 6 əsas istiqamətə axıb: 905 milyon Fransaya, 831 – İspaniyaya, 645  – İtaliyaya, 582 – Almaniyaya, 412  – Portuqaliyaya, 369 – Niderlanda.


 

Böyük ehtimalla qarşıdakı illər ərzində transfer məsrəfləri bir qədər də artacaq. Bununla da istedadların TOP-5 çempionatlarında toplaşması baş verir. Bir tərəfdən nəhəng klublar yaranır, digər tərəfdən isə uçurum artır. : Artıq Çempionlar liqasını və Avropa liqasının TOP-5 çempionatları klubları zəbt edib.

XƏBƏR LENTİ