Kimi Raykonen Ferraridən getdi

Sayta qoyulub: 14:44 11.09.2018 (83 dəfə oxunub)

İtaliyanın Ferrari komandasının Kimi Raykonenlə müqaviləni uzatmayacağı məlum olub. İtaliya komandasının heyətində son çempion olan finalndiyalı pilot qarşıdakı 2 ili Zauberdə keçirəcək.

Ferraridə isə onu monakolu Şarl Lekler əvəz edəcək.

Ferraridən gedişi Kimi Raykonenin məvacibinin azalması deməkdir. Lakin İtaliya komandası 39 yaşlı pilota jest edib. Belə ki, bundan sonra İsveçrə komandasının səhmlərinin 5 %-i məhz Raykonenə məxsus olacaq.


Kimi Raykonen Ferraridən getdi

XƏBƏR LENTİ