Çexiya milli komandasının baş məşqçisi istefa verib

Sayta qoyulub: 14:37 11.09.2018 (105 dəfə oxunub)

 Karel Yarolim futbol üzrə Çexiya milli komandasının baş məşqçi postundan istefa verib. 

 62 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Onu əvəzləyəcək baş məşqçi yaxın günlərdə müəyyənləşəcək. 

Qeyd edək ki, Karel Yarolim 2016-cı ildən Çexiya yığmasına rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Rusiyada keçirilən dünya çempionatına qatıla bilməyib. Çexiya son olaraq yoldaşlıq matçında Rusiyaya 1:5 hesabı ilə uduzub. Həmin matçı Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edib.

 

 

 

Çexiya milli komandasının baş məşqçisi istefa verib

 

 

 

 

report

XƏBƏR LENTİ