İspaniyada tətilə hazırlaşırlar

Sayta qoyulub: 14:36 11.09.2018 (114 dəfə oxunub)

İspaniya çempionatında futbolçular tətil edə bilərlər. 

 

Buna səbəb İspaniya çempionatının bir neçə qarşılaşmasının ABŞ-da keçirilməsi ilə bağlı verilən qərardır. La Liqa rəhbərliyi həmkarlar ittifaqı və klublarla məsləhətləşmədən 15 oyunun ABŞ-da və Kanadada keçirilməsi ilə bağlı müqavilə imzalayıb. 

 

Çempionatda iştirak edən 20 komandanın hamısının kapitanları bununla bağlı narazılıqlarını liqa rəhbərliyinə çatdırıblar. Sentyabrın 10-da La Liqa prezidenti Xavyer Tebasla futbolçuların həmkarlar ittifaqının rəhbəri David Aqanso arasında görüş olub. 

 

Ancaq görüşdə kompromis variant əldə etmək mümkün olmayıb. Ona görə də, futbolçular çempionat oyunlarını boykot etməklə bağlı qərarı müzakirə edəcəklər. 

 

ABŞ-da ilk qarşılaşmanın gələn ilin yanvarında "Barselona” ilə "Jirona” arasında baş tutacağı gözlənilir.  

 

İspaniyada tətilə hazırlaşırlar

 

Kaspi.az 

XƏBƏR LENTİ