Yeni müqavilədən sonra Suares qədər məvacib alacaq

Sayta qoyulub: 14:34 11.09.2018 (121 dəfə oxunub)

Serxio Buskets yazın günlərdə "Barselona” ilə yeni müqavilə bağlayacaq. 

 

Yeni müqavilədən sonra Busketsin məvacibi nəzərəçarpacaq dərəcədə artacaq. Yarımmüdafiəçi Luis Suares və Jerar Pike qədər məvacib alacaq. 

 

Busketsin məvacibin artırılması Andres İnyestanın klubdan getməsindən sonra mümkün olub. İnyestanın gedişindən sonra maaş cədvəlində "yüngüllük” yaranıb ki, bunun nəzərə alan rəhbərlik də Busketslə yeni müqavilə bağlamağa üstünlük verib.

 

Busketsin qüvvədə olan müqaviləsi 2016-cı ildə bağlanıb və 2021-ci ilin yayına qədər qüvvədədir. Serxio "Barsa”nın yetirməsi sayılır və klubda 2008-ci ildən çıxış edir.  

 

 

 

 

Yeni müqavilədən sonra Suares qədər məvacib alacaq

 

 

 

Kaspi.az

XƏBƏR LENTİ