O, böyük futbolçu olmaq istəyirsə, MY-ni tərk etməlidir

Sayta qoyulub: 10:45 11.09.2018 (179 dəfə oxunub)

"Nyuksal”ın sabiq futbolçusu Alan Şirer "Mançester Yunayted”in hücumçusu Markus Raşford barədə danışıb. 

 

Şirer Raşfordu yüksək səviyyəli hücumçu kimi xarakterizə edib. Ancaq o bildirib ki, Markus böyük futbolçu olmaq istəyirsə, MY-ni tərk etməlidir: 

 

"Raşfordun böyük fanatıyam. O, əla mövqe seçir və həmişə rəqib müdafiəçiləri gərginlikdə saxlayır. "Uembli”də İspaniyaya vurduğu qol onun hansı potensiala sahib olduğunu göstərir. 

 

Təəssüf ki, bir neçə əlverişli məqamı da əldən buraxdı. Öz klubunda mütəmadi olaraq meydana çıxan futbolçu belə məqamları dəyərləndirir. 

 

Onun 20 yaşı var. Bəs mütəmadi oynamaq şansını nə vaxt əldə edəcək?  Nə qədər ki, Lukaku formadadır, o, MY-nin əsas hücumçusu olmayacaq. Mourinyonun vaxtında isə klub heç vaxt iki hücumçulu sistemdən yararlanmayacaq. 

 

Markus uzun müddətdir ki, belə durumdadır. Onun öz yerini tapmasının vaxtıdır. MY əla klubdur, ancaq Raşford böyük futbolçu olmaq istəyirsə, "Old Trafford”u mütləq tərk etməlidir”. 

 

 

O, böyük futbolçu olmaq istəyirsə, MY-ni tərk etməlidir

 

Kaspi.az 

XƏBƏR LENTİ