ÇL-in finalı da ABŞ-da?

Sayta qoyulub: 10:42 11.09.2018 (158 dəfə oxunub)

Belə getsə, Avropa futbolunda gəlir gətirən  bütün qarşılaşmalar ABŞ-da keçiriləcək. 

 

İspaniya çempionatının bir neçə qarşılaşmasının okeanın o tayında keçiriləcəyi bəllidir. UEFA Çempionlar Liqasının finalının da ABŞ-da keçirilməsinin əleyhinə deyil. 

 

Bu barədə məlumatı İspaniyanın iri media şirkəti "Mediapro”nun təsisçisi və direktoru Hamu Rourеs verib. O bildirib ki, ÇL-in 2021-ci ildəki finalı Nyu-Yorkda keçirilə bilər. 

 

Artıq bu ideyanı reallaşdırmaq üçün danışıqlar başlayıb və müxtəlif variantlar müzakirə olunur. 

 

Qeyd edək ki, 2019-cu ildə ÇL-in finalı Madriddə, 2020-ci ildə isə İstanbulda keçiriləcək. 

 

 

 

ÇL-in finalı da ABŞ-da?

 

 

Kaspi.az

XƏBƏR LENTİ