U-21 Norveçlə qarşılaşır

Sayta qoyulub: 09:08 11.09.2018 (124 dəfə oxunub)

U-21 Norveçlə qarşılaşır

 

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 9-cu matçına çıxacaq.

 

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda Norveçlə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağı hədəfləyib.

 

Əvvəlki 8 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 2 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib.

 

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup

11 sentyabr

 

20:00. Azərbaycan - Norveç
Hakimlər:
 Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino).
Bakı. “Dalğa Arena”.

 

1. Almaniya - 16
2. İrlandiya - 14
3. Kosovo - 12
4. Norveç - 11
5. İsrail - 8
6. Azərbaycan - 2

XƏBƏR LENTİ