Maltanın baş məşqçisi: "Heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm"

Sayta qoyulub: 08:21 11.09.2018 (60 dəfə oxunub)

Maltanın baş məşqçisi: "Heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm"
 

"Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm". Bu sözləri Malta millisinin baş məşqçisi Raymond Farruciya UEFA Millətlər Liqasının D divizionun III qrupunun ikinci turunda Azərbaycan ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib. 

O, komandasının günü-gündən inkişaf etdiyini bildirib: "İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bugünkü oyun komandam üçün olduqca önəmli idi”.

62 yaşlı mütəxəssis yer aldıqları qrup haqda danışıb: "Maraqlı qrupda yer aldığımızı əvvəlllər də demişəm. Kosovo yeni komandanı, yaxşı futbolçuları var. Farer adaları zəif rəqib deyil. Anca fikrimcə, Kosovo daha üstündür. Hazırkı reytinq cədvəli millilərin qüvvəsini düzgün əks etdirmir. İki turdan sonra Kosovo daha yüksəkdə olmalı idi". 

XƏBƏR LENTİ