Ramil Şeydayev: "Heç nədən razı deyilik"

Sayta qoyulub: 07:57 11.09.2018 (66 dəfə oxunub)

"Səfərdə 1:1 oynadıq. Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik".

Bunu  Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasında Malta yığmasıyla səfərdə 1:1 hesablı heç-heç etdikləri matçdan sonra deyib.

İkinci hissədə meydana çıxan gənc hücumçu qol vurmaq istəyinin böyük olduğunu söyləyib: "Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosova qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq".

 

Ramil Şeydayev: "Heç nədən razı deyilik"

 

 

"Report"

XƏBƏR LENTİ