Əliyar Ağayevin idarə etdiyi oyunda Rusiya darmadağına sevindi

Sayta qoyulub: 20:26 10.09.2018 (109 dəfə oxunub)

Əliyar Ağayevin idarə etdiyi oyunda Rusiya darmadağına sevindi
 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti oyununu idarə edib. Gənc referi yoxlama oyunları çərçivəsində Rusiya - Çexiya matçında ədaləti qoruyub.  

Qarşılaşma Rusiyanın böyükhesablı qələbəsi ilə başa çatıb.  Şimal qonşularımız rəqibini 5:1 hesabı ilə darmadağın edib. Əliyar Ağayev qarşılaşmada 2 dəfə cibinə atmalı olub.  O, Çexiya millisinin üzvləri - Yan Boril və Tomas Sukeki sarı vərəqə ilə cəzalandırıb.  

Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov köməklik ediblər.  

XƏBƏR LENTİ