Qurban Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı

Sayta qoyulub: 13:19 10.09.2018 (211 dəfə oxunub)

 

Qurban Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı
Bu gün Millətlər Liqasının 2-ci turunda Malta ilə qarşılaşacaq yığmamızın heyətində dəyişiklik edilib.

UEFA-nın saytının yaydığı xəbərə görə,  iki futbolçu millidən  kənarlaşdırılıb. 
 

Komandamızın baş məşqçisi Qurban Qurbanov müdafəçi Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) və hücumçu Ruslan Qurbanovun (“Səbail”) adını siyahıdan çıxarıb. Əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) iştirak  etməyən Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.

 

XƏBƏR LENTİ