"Qarabağ"ın futbolçusu millinin düşərgəsində zədələndi

Sayta qoyulub: 19:30 09.09.2018 (156 dəfə oxunub)

"Qarabağ"ın futbolçusu millinin düşərgəsində zədələndi
 

"Qarabağ"ın futbolçusu Simeon Slavçev zədələnib. Yarımmüdafiəçi Bolqarıstan millisinin düşərgəsində zədə alıb.  Millətlər Liqasının C Liqasının III qrupunda yer alan Bolqarıstan millisi hal-hazırda Norveç millisi ilə üz-üzə gəlir.  İlk hissəsi davam edən qarşılaşmada baş məşqçi Petar Xubçev 24 yaşlı futbolçuya şans verməyib. 

Belə ki, Slavçevin adı son anda oyunun iştirak ərizəsindən çıxarılıb.  O, oyunöncəsi isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alıb.  Futbolçunun son durumuna sabah keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, Slavçev 2013-cü ildə çıxış etdiyi Bolqarıstan millisinin heyətində 18 oyun keçirib.   

XƏBƏR LENTİ