"Keşlə" PAOK-un yetirməsini baxışa çağırdı

Sayta qoyulub: 14:50 09.09.2018 (121 dəfə oxunub)

"Keşlə" PAOK-un yetirməsini baxışa çağırdı

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Keşlə"nin düşərgəsinə yeni futbolçu təşrif buyurub. Söhbət 30 yaşlı yunan futbolçu Georgios Georgiadisdən gedir. Hücumda və yarımmüdafiənin sağ cinahında oynamağı bacaran futbolçu 1 həftə baxışda olacaq və özümü doğrultsa onunla müqavilə bağlanacaq.

 Qeyd edək ki, Georgiadis Yunanıstanın məşhur klublarından olan PAOK-un yetirməsidir. Karyerası boyunca “Veria”, AEL, “Ermis”, “Doxa Dramas” klublarında da forma geyinib, iyulun 1-dən etibarən klubsuzdu və azad agent statusuna malikdi.

XƏBƏR LENTİ