Volkan Dəmirəl "Fənərbağça"dan gedir

Sayta qoyulub: 11:27 09.09.2018 (191 dəfə oxunub)

 

Volkan Dəmirəl "Fənərbağça"dan gedir

“Fənərbaxça” qapıçısı Volkan Dəmirəllə yollarını ayırmaq qərarına gəlib. “Fanatik”in yaydığı xəbərə görə, “Bursaspor”dan Harun Təkini transfer edən İstanbul klubu gənc qapıçıya güvənməyi planlaşdırır. Superliqanın son turunda qapını H.Təkinin qoruması da Volkanın əsas heyətdə yerini itirməsi iddiasını artırıb. 37 yaşlı qolkiperin 16 illik “Fənərbaxça” karyerasını bitirməyə hazırlaşdığı bildirilir. Türkiyə mətbuatı Volkana ABŞ-dan 2 klubun təklif göndərdiyini yazıb. Təcrübəli qapıçının qışda Amerikaya transfer olunacağı gözlənilir. Qeyd edək ki, 2002-ci ildən “Fənərbaxça”da çıxış edən Volkan, 5 dəfə çempionluq yaşayıb.

 

XƏBƏR LENTİ