Samir Abbasov: "Səhv limitimiz qalmayıb"

Sayta qoyulub: 11:18 09.09.2018 (98 dəfə oxunub)

Samir Abbasov: "Səhv limitimiz qalmayıb"
 

"Hələ ki, irəliləyiş barədə danışmaq tezdir. Bu şikayət deyil, amma açığı, komanda qurulanda, yay təlim-məşq toplanışı zamanı 5-6 yoxlama oyunu keçirə bilirsən. Ən azından səhvləri görə bilirsən. Bu gün bizim yoldaşlıq görüşündən əlavə, həftəlik toplanışımızın yoxlama oyunu idi. Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin heyətində çox sayda gənc oyunçu var idi, bunu bilirdik. Buna da bir etirazımız yoxdur. Bəzi səhvləri etməyə vaxtımız və limitimiz yoxdur. Vaxt baxımından yaxşı vəziyyətdə deyilik. Əlimizdə olan futbolçular bunun öhdəsindən gəlməyə məcburdurlar. Həddindən artıq çox çalışmalıyıq". Bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov "Zirə"yə qalib gəldikləri (2:0) matçı dəyərləndirərkən deyib.  

O, "Keşlə"dən ayrılan rumıniyalı futbolçu Adrian Skarlatakenin transferi haqda danışıb. Abasov təcrübəli müdafiəçinin komandaya xeyir verə biləcəyini söyləyib: "Skarlatakenin gəlməyinə həddindən artıq sevinirik. Çünki Azərbaycan çempionatını yaxşı tanıyır. Düzü, başqa variantlar da var idi, başqalarını gətirə bilərdik. Ancaq onların kluba öyrəşməsi üçün vaxta ehtiyac var idi, bizim buna vaxtımız yoxdur. Skarlatake komandamıza xeyir verə biləcək futbolçudur". 

Gənc mütəxəssis qış transfer dönəminə qədər hazırkı heyətlə davam edəcəklərini söyləyib: "Hər oyunçu ilə danışıq aparmaq istəmirik. Ona görə də Skarlatakeyə üstünlük verdik. Özünüz bilirsiniz, indi Azərbaycanda belədir ki, hər kəs futbolçu təklif edir. Onun üçün də biz Skarlanı gətirdik. Bu dəqiqə heç kimi axtarmırıq, qışda heyətimizə futbolçular cəlb edə bilərik". 

XƏBƏR LENTİ