Azərbaycan idmançısı "Poland Open" turnirində qızıl medal qazanıb

Sayta qoyulub: 08:19 09.09.2018 (114 dəfə oxunub)

Polşanın paytaxtı Varşavada Qran Pri seriyasından olan “Poland Open” turniri başa çatıb.

Yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.

O, həlledici görüşdə ötən il Avropa çempionatının finalında 10:0 hesabı ilə məğlub etdiyi ukraynalı İlyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.

 

 

Azərbaycan idmançısı "Poland Open" turnirində qızıl medal qazanıb

 

 

report

XƏBƏR LENTİ