Serena Uilyams "US Open" turnirinin finalında uduzub

Sayta qoyulub: 08:18 09.09.2018 (65 dəfə oxunub)

"US Open" turnirinin finalı oyunu keçirilib.

Mükafat fondu 53 milyon dollar olan turnirin son oyununda yaponiyalı tennisçi Naomi Osaka amerikalı rəqibi Serena Uilyamsla üz-üzə gəlib.

Qarşılaşma Naomi Osakanın 6:2 və 6:4 hesablı qələbəsi ilə başa çatıb. Matç qalmaqalsız ötüşməyib. Oyunun gedişində Serena Uilyams bir neçə xəbərdarlıq alıb. O, bir neçə dəfə hakimi təhqir edib. Eləcə də digər qayda pozuntularına yol verib.

 

 

 

Serena Uilyams "US Open" turnirinin finalında uduzub

 

 

 

report

XƏBƏR LENTİ