"Sumqayıt" MOİK-i darmadağın etdi

Sayta qoyulub: 20:11 08.09.2018 (106 dəfə oxunub)

"Sumqayıt" MOİK-i darmadağın etdi

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayıb. "Gənclik şəhəri" təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda MOİK-lə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri 5:0 hesablı qələbə qazanıb. Əfran İsmayılovun dubl etdiyi matçda Atilla Yıldırım, Arif Daşdəmirov və Murad Xaçayev hərəyə bir dəfə rəqib qapısına yol tapıb.

 

“Sumqayıt” – MOİK 5:0

Qollar: Əfran İsmayılov (2), Atilla Yıldırım, Arif Daşdəmirov, Murad Xaçayev.

XƏBƏR LENTİ