Millimizin Norveçlə oyununun hakimləri açıqlandı

Sayta qoyulub: 16:44 08.09.2018 (102 dəfə oxunub)

 

 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb. “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı San Marinodan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Barbeno Lukaya olacaq.  Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq. 

XƏBƏR LENTİ