"Qarabağ"ın Avroliqa oyunları Olimpiya stadionunda!

Sayta qoyulub: 20:39 07.09.2018 (175 dəfə oxunub)

 

"Qarabağ"ın Avroliqa oyunları Olimpiya stadionunda!

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.

Bu barədəAğdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.  O bildirib ki, çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət ediblər. Ə.Çəlikəl hal-hazıda danışıqların getdiyini vurğulayıb.

 

Qeyd edək ki, UEFA "Qarabağ"ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlayıb. Komanda ilk ev görüşündə oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək.

Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda  təşkil olunacaq.

 

XƏBƏR LENTİ