"Səbail" yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 16:39 07.09.2018 (95 dəfə oxunub)

"Səbail" yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar  Topaz Premyer Liqada yaranmış fasilədən istifadə edən "Səbail" daha bir yoxlama oyunu keçirəcək. Rəqib birinci divizion təmsilçisi "Şüvəlan" olacaq. Sentyabrın 8-də "Bayıl Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Qeyd edək ki, "Səbail" bundan əvvəl yoxlama oyununda "Keşlə"yə 1:2 hesabı ilə məğlub olub.

XƏBƏR LENTİ