► Sneyderin vida oyununda Hollandiya qalib gəldi

Sayta qoyulub: 11:05 07.09.2018 (104 dəfə oxunub)

Uesli Sneyder Hollandiya yığmasında vita matçına çıxıb. 34 yaşlı yarımmüdafiəçi Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirib. Qarşılaşmada hollandların 2:1 hesablı qələbə qazanıb. Start heyətdə oyuna başlayan Sneyder 62-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayırdı. O, millidə 134 oyuna 31 qol vurub, 31 assist edib.

 

 

 


XƏBƏR LENTİ