Maradona Meksika klubunda

Sayta qoyulub: 11:03 07.09.2018 (103 dəfə oxunub)

 

Maradona Meksika klubunda
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona yenidən məşqçiliyə qayıdıb. 57 yaşlı argentinalı mütəxəssis Meksikanın 2-ci divizionunda çıxış edən "Dorados de Sinaloa" klubuna baş məşqçi təyin edilib. Bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Komanda hazırda 6 oyundan sonra 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Maradonanın baş məşqçi kimi axırıncı iş yeri Birləşmiş Ərəb Əmirliyinin "Əl-Fuceyrə" klubu olub. O, hazırda  Belarusun "Dinamo" klubunun İdarə Heyətinin sədri vəzifəsində çalışır.

 

XƏBƏR LENTİ