Yaponiya - Çili matçı təxirə salındı

Sayta qoyulub: 16:22 06.09.2018 (127 dəfə oxunub)

Yaponiya - Çili matçı təxirə salındı

Yaponiya və Çili yığmaları arasında sabah keçirilməsi nəzərdə tutulan yoxlama görüşü təxirə salınıb. Matçın təxirə salınmasına Yaponiyanın Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ səbəb olub. Təbii fəlakətin nəticəsində ölən və yaralananlar var. Hadisə nəticəsində adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. 3 milyondan çox insan işıqsız qalıb. Yaponiya Futbol Federasiyası bu amilləri nəzərə alaraq, Çili ilə matçın təxirə salınmasını qərara verib.

XƏBƏR LENTİ