"Qarabağ" 6 müxtəlif milliyə futbolçu göndərdi

Sayta qoyulub: 09:53 06.09.2018 (161 dəfə oxunub)

"Qarabağ" 6 müxtəlif milliyə futbolçu göndərdi
 

"Qarabağ"ın 12 futbolçusu 6 milli komandaya dəvət olunub. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Qapıçı Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Coşqun Diniyev və hücumçu Mahir Mədətov UEFA Millətlər Liqasında Kosovo və Malta ilə matçlar üçün Azərbaycan millisinə çağırılıb. Komandanın daha bir qapıçı Hannes Halldorsson İslandiya, müdafiəçi Ansi Aqolli Albaniya, yarımmüdafiəçilər Simeon Slavçev Bolqarıstan, Donald Gerrye Haiti, hücumçu Con Delarj Konqo millisinə dəvət alıb.

XƏBƏR LENTİ