"Fənərbağça" Soldadonu Avroliqa üçün sifariş etmədi

Sayta qoyulub: 09:50 06.09.2018 (154 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək Türkiyənin “Fənərbaxça” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Baş məşqçi Filip Koku Roberto Soldado, Karlos Kameni, Nabil Dirar, Mehmet Ekici, Ozan Tufan və Tolqa Ciyərcinin adını siyahıya daxil etməyib. Hollandiyalı mütəxəssis turnirdə 23 futbolçuya güvənib:

 

Qapıçılar: Volkan Dəmirəl, Harun Təkin, Ertən Ersu;

 

Müdafiəçilər: Hasan Ali Kaldırım, Maurisio İsla, Dieqo Reyes, İsmail Köybaşı, Şenər Özbayraqlı, Roman Noyştadter, Martin Şkrtel, Yiğithan Güveli;

 

Yarımmüdafiəçilər: Mehmet Topuz, Alper Potuk, Barış Alıcı, Jailson Markes, Yassin Benzia, Atıf Şeyşu, Matye Valbuena, Oğuz Kağan, Elif Elmas;

 

Hücumçular: İslam Slimani, Mikael Frey, Andre Ayyu.

 

“Fənərbaxça” Avropa Liqasında “Anderlext”, “Dinamo” (Zaqreb) və “Spartak”la (Trnava) birgə D qrupunda mübarizə aparacaq.

XƏBƏR LENTİ