"Neftçi"nin oyunçularından maaş tələbi

Sayta qoyulub: 08:21 06.09.2018 (130 dəfə oxunub)

Bildiyiniz kimi, yeni rəhbərliyin gəlişindən sonra "Neftçi"də büdcəyə və maaşlara yenidən baxıldı. Hətta klub prezidenti Kamran Quliyev özü demişdi ki, heç kim layiq olduğundan artıq maaş almayacaq. Məhz bundan sonra bütün futbolçuların maaşında azalma oldu. Cari mövsümə uğurlu startdan sonra futbolçular maaşlarının artırılmasını tələb etməyə başlayıb. Onlar nəticələri və qarşıya qoyulan çempionluq hədəfini əsas gətirərək, maaşlarının artırılmasını tələb edirlər.

 

XƏBƏR LENTİ