US opendə son yarımfinalçılar məlum oldu

Sayta qoyulub: 08:14 06.09.2018 (111 dəfə oxunub)

US Opendə 1/4 finalın daha iki oyunu keçirilib.

Əvvəlcə korta Marin Çiliçlə Key Nişikori çıxıblar.

Qarşılaşmanın əvvəlləri xorvat tennisçinin üstünlüyü ilə keçib. Lakin ardından Nişikori toparlanaraq dönüş yarada bilib. Bərabər keçən qarşılaşmanın taleyi 5-ci setdə aydınlaşıb. Yapon tennisçi 6-4 qalib gələrək yarımfinala adlayıb.

Digər 1/4 final isə daha tez başa çatıb. Bundan əvvəl Federeri mübarizədən kənarlaşdıran Milman Novak Cokoviçə 3 setdə məğlub olub.

Beləliklə də 2-ci yarımfinalda Cokoviçlə Nişikori üz-üzə gələcək.


US opendə son yarımfinalçılar məlum oldu

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ