Kosova millisində dəyişiklik

Sayta qoyulub: 14:58 05.09.2018 (180 dəfə oxunub)

Kosova millisində dəyişiklik

 

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik edilib. Xorvatiyanın "Hayduk" klubunda forma geyinən Ardian İsmayli əsas millidən ayrılıb. 21 yaşlı müdafiəçi U-21-in heyətinə cəlb olunub. Onun əvəzinə Danimarka təmsilçisi "Brondbü"dən Besar Halimi yığmaya qoşulub. Lakin 23 yaşlı yarımmüdafiəçi millimizə qarşı oynamayacaq. O, zədə səbəbindən Bakıda keçiriləcək görüşü buraxmalı olacaq. Halimi Farer adaları ilə matça hazır olacaq. Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da start götürəcək.

 

XƏBƏR LENTİ