Terri Qarabağın rəqibini yox, Spartakı seçir

Sayta qoyulub: 12:19 05.09.2018 (230 dəfə oxunub)

İngiltərə millisi və Çelsinin keçmiş kapitanı Con Terri karyerasını Spartakda davam etdirə bilər. Bu barədə chelseablues.ru xəbər verib Məlumata görə 37 yaşlı müdafiəçi ilə Sportinq də maraqlanır.

 

Portuqaliya təmsilçisi Terriyə dah əvvəl təklifgöndərmişdi. Lakin futbolçunun özü Rusiya paytaxtına yollanmağa üstünlük verir. Terrinin məvacibi Spartakda 2 milyon avro ola bilər.

 

Hazırda Terri azad agent statusundadır. Bu səbəbdən də onu hər-hansı bir klub heyətinə qata bilər. Spartakın isə 2 mərkəz futbolçusu zədəli olduğuna görə Terri ilə müqavilə imzalamaq istəyir.

XƏBƏR LENTİ